Bank Of Baku

«Başak-İnam» şirkəti sığorta daxilolmalarını 17%, ödənişləri isə 9% artırıb

«Başak-İnam» şirkəti sığorta daxilolmalarını 17%, ödənişləri isə 9% artırıb
# 07 oktyabr 2008 10:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Başak-İnam» Azərbaycan-Türkiyə sığorta şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta daxilolmalarının həcmi 2,722 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,6% çoxdur.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 8,9% artaraq 1,124 mln. manat olub.
Sığorta haqlarının strukturunda ən çox daxilolma «Kasko sığortası» (1,060 mln. manat), «Həyat sığortası» (723,242 min manat) və «Yanğın sığortası»nın (527,278 min manat) payına düşüb.
Sığorta ödənişlərində də həmin sığorta növləri üstünlük təşkil edib və müvafiq olaraq 546,9 min manat, 394,419 min manat və 89,739 min manata bərabər olub.
Qeyd ki, təsisçisi Türkiyənin «Başak-Sığorta» (49%) şirkəti və Azərbaycanın dövlət və kommersiya bankları (51%) olan «Başaq-İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda şirkət 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR