Bank Of Baku

Nazir müavini Niyazi Səfərov: «Dünya maliyyə bazarındakı böhran Azərbaycana da təsir göstərə bilər»

Nazir müavini Niyazi Səfərov: «Dünya maliyyə bazarındakı böhran Azərbaycana da təsir göstərə bilər»
# 07 oktyabr 2008 11:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub. «APA-Economics»in məlumatına görə, bunu iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.
N.Səfərovun sözlərinə görə, qanunda müəyyən ərazilərdə müəyyən fəaliyyət növlərinə imtiyazlı rejimin yaradılması nəzərdə tutulur. Bu zonalarda vergi, valyuta tənzimlənməsi və s. kimi güzəştlər olacaq.
N.Səfərov onu da əlavə edib ki, hazırda dünyanın maliyyə bazarlarında baş verən böhran müəyyən qədər Azərbaycana da təsir göstərə bilər: «Bu qlobal hadisədir. Hər hansı bir ölkə bundan 100% sığortalanıb demək də düz olmaz. Azərbaycan qoruyucu və qabaqlayıcı tədbirlər görür».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR