Bank Of Baku

«CredAgro» təşkilatı yanvar-sentyabr aylarında kredit portfelini 47% genişləndirib

«CredAgro» təşkilatı yanvar-sentyabr aylarında kredit portfelini 47% genişləndirib
# 07 oktyabr 2008 11:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatının kredit portfeli bu ilin oktyabr ayının 1-nə 38,357 mln. manat təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 46,6% çoxdur.
«CredAgro» təşkilatından «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində verilən kreditlərin 50%-i biznesin inkişafına, 20%-i kənd təsərrüfatına və 30%-i istehlak sahələrinə ayrılıb. Məlumatda həmçinin bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında təşkilatın müştəri bazası 50,6% artaraq 12 947 min nəfərə çatıb.
Qeyd edək ki, «CredAgro» təşkilatı tərəfindən kreditlər illik 25-36% dərəcəsi ilə ayrılır.
Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın respublika üzrə 11 filialı və 6 köməkçi ofisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR