Bank Of Baku

Azərbaycanın bank sistemində sənədli əməliyyatların həcmi kəskin azalır

Azərbaycanın bank sistemində sənədli əməliyyatların həcmi kəskin azalır
# 07 oktyabr 2008 11:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları sənədli kredit əməliyyatlarına maraq göstərmir. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin sentyabr ayının 1-nə bankların akkreditiv, zəmanət və faktorinq üzrə əməliyyatlarının həcmi 33,73 mln. manat təşkil edib və bu, məcmu kredit portfelinin yalnız 0,52%-nə bərabərdir.
Cari ilin əvvəlindən akkreditiv əməliyyatların həcmi ikiqat artsa da, zəmanət və faktorinq əməliyyatlarının həcmləri kəskin şəkildə azalıb: zəmanətlər üzrə azalma 117 dəfə, faktorinq üzrə 10,5 dəfə, ötən ilin sentyabr ayının 1-nə olan göstəricilərlə müqayisədə isə azalma müvafiq olaraq 126 və 26 dəfə olub.
İlin əvvəlində akkreditiv, zəmanət və faktorinq üzrə əməliyyatların bankların məcmu kredit portfelində payı 0,84%, ötən ilin sentyabrın 1-nə - 1,35%, 2007-ci ilin əvvəlində - 1,52%, 2006-cı ilin əvvəlində isə 1,86% təşkil edib. Beləliklə, etibarlılıq prinsipinə əsaslanan bank əməliyyatları kəskin şəkildə azalır. Nəticədə, banklar yalnız klassik kreditləşməyə üstünlük verir ki, bu da digər bank əməliyyatlarının inkişafına və öz növbəsində ticarət və istehsalat sahələrində nağdsız hesablaşmaların artmasına, bu sahələrin dünyada məşhurlaşan alətləri vasitəsi ilə inkişafına mane olur.
Qeyd edək ki, akkreditiv əməliyyatları çərçivəsində bank mal alıcısının yerinə mal satıcısına pul ödəyir, ödənilən məbləğ bank tərəfindən alıcıya kredit kimi hesablanır. Zəmanət əməliyyatları isə akkreditiv əməliyyatlarına bənzəyir, lakin burada bank tələb olunan məbləğin ödənilməsi barədə zəmanət verir və bu, sənədləşmiş bank öhdəliyi kimi rəsmiləşdirilir. Faktorinq əməliyyatları isə müştəri tərəfindən onun debitor borcunun banka diskontla satılmasını nəzərdə tutur. Bu əməliyyatların hər biri sənədli və ya törəmə kreditləşmənin növləridir və bankların gəlir mənbəyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR