Bank Of Baku

IFC ilin sonunadək «Rabitəbank»da pay ala bilər

IFC ilin sonunadək «Rabitəbank»da pay ala bilər
# 07 oktyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonuna kimi Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarları sırasına qoşula bilər. Bu barədə «APA-Economics»ə IFC-nin Bakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova məlumat verib.
A.Əzimovanın sözlərinə görə, hazırda IFC-nin «Rabitəbank»da neçə faiz paya malik olacağı müzakirə olunur: «IFC «Rabitəbank»da maksimum 20% paya malik ola bilər. Bütün məsələlərə dair aparılan danışıqlar cari ilin sonunadək başa çatacaq».
Qeyd edək ki, 2007-ci ildə «Rabitəbank» IFC-dən 2 mln. ABŞ dolları həcmində kreditin alınmasına dair saziş imzalayıb. Kredit Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi layihələrinə yönəldilib. Sazişə əsasən, IFC sonradan kreditin bir hissəsini bankın səhmlərinə (10-20%) çevirmək imkanı əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR