Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu həcmin 65,7%-i bankdaxili mübadilə əməliyyatları (BDMƏ), 24,2%-i açıq banklararası valyuta bazarı, 10,1%-i isə birja elektron sisteminin (BEST) payına düşür. Öz növbəsində, BDMƏ-in 60%-ni alış, 40%-ni isə satış əməliyyatları təşkil edir, yəni banklar müştərilərin tapşırığı ilə daha çox dolların alışı üzrə əməliyyatlar aparıb.
Ötən ilin sentyabrın əvvəlinə valyuta bazarının sahələr üzrə strukturu aşağıdakı kimi olub: BDMƏ – 74,7%, açıq valyuta bazarı – 12,2%, BEST – 13,1%. Göründüyü kimi, bu il açıq valyuta bazarında keçirilən əməliyyatların həcmi kəskin şəkildə artıb.
Qeyd edək ki, 2008-ci ilin 8 ayı üzrə dollarla əməliyyatların həcmi ötən ilin ümumi göstəricisindən 24,7% çoxdur. Ötən il isə 73% BDMƏ-nin, 14,4% açıq bazarın, 12,6% isə BEST-in payına düşüb.
Ümumilikdə, son illər Azərbaycanda nağdsız valyuta bazarının dollar üzrə əməliyyatlarının daim artması müşahidə olunur:
Artımın əsas səbəbi Azərbaycanın xarici ticarətinin genişlənməsi ilə bağlıdır.
Qeyd edək ki, dollar üzrə nağdsız valyuta bazarının ÜDM-yə nisbəti 55,4% təşkil edir. Bu isə olduqca böyük rəqəmdir və Azərbaycan iqtisadiyyatı, istehlak bazarı, ölkədaxili və xarici hesablaşmalarda dolların rolunun yüksək səviyyədə olmasını göstərir.