Bank Of Baku

Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin II fazası üzrə pilot təşkilatların seçilməsi ilin sonunadək başa çatacaq

Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin II fazası üzrə pilot təşkilatların seçilməsi ilin sonunadək başa çatacaq
# 07 oktyabr 2008 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) həyata keçirdiyi Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin (AKİL) II fazası üzrə pilot təşkilatların seçilməsi prosesini 2009-cu ilin əvvəlinədək başa çatdıracaq. «APA-Economics»in məlumatına görə, bunu IFC-nin Bakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bildirib.
A.Əzimovanın sözlərinə görə, əsasən bank və səhmdar cəmiyyətləri arasında aparılan seçim üçün konkret müddət müəyyənləşdirilməyib: «Hazırda bank və səhmdar cəmiyyətlərindən gələn təkliflərə baxılır və bu ilin sonunda və ya gələn ilin əvvəlində pilot təşkilatlar seçiləcək».
Qeyd edək ki, seçim zamanı üstünlük təşkilatların investisiya potensialına və maliyyə perspektivlərinə veriləcək. Layihənin II fazası pullu olacaq və I fazada (2005-2007-ci illər) olduğu kimi 6 təşkilat iştirak edəcək. Əgər layihənin I fazasının icrasına 2,6 mln. ABŞ dolları ayrılmışdırsa, artıq II fazanın həyata keçirilməsinə 4 mln. dollar ayrılacaq.
Xatırladaq ki, layihənin II fazasına bu ilin iyunun 24-də start verilib. Layihəyə maliyyə dəstəyini İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) göstərir. AKİL-da tərəf müqabilləri rolunda isə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR