Bank Of Baku

«AIG Caspian» şirkəti son bir ildə sığorta haqlarını 7% azaldıb

«AIG Caspian» şirkəti son bir ildə sığorta haqlarını 7% azaldıb
# 07 oktyabr 2008 13:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «American İnternational Group Caspian» (AIG Caspian) Azərbaycan-ABŞ sığorta şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 1,256 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,8% azdır.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 5,2% artaraq 161,383 min manata çatıb.
Könüllü sığorta növləri sırasında ən çox haqq (315,556 min manat) və ödəniş (150,467 min manat) «Əmlakın yanğın və digər əlavə risklərdən sığortası» növü üzrə qeydə alınıb. Qeyd edək ki, «AIG Caspian» şirkəti yalnız könüllü sığorta növləri üzrə xidmət göstərir.
Xatırladaq ki, «AIG Caspian» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda «Caravan İnvestment» (51%) və «AIG İnc.» (49%) çıxış edir. Bu ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib. Hazırda şirkət 7 könülü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR