Bank Of Baku

IFC Azərbaycanda iki kommersiya bankına yeni kreditlər ayıracaq

IFC Azərbaycanda iki kommersiya bankına yeni kreditlər ayıracaq
# 07 oktyabr 2008 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın iki səhmdar kommersiya bankına kredit ayıracaq. Bu barədə «APA-Economics»ə IFC-nin Bakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova məlumat verib.
A.Əzimovanın sözlərinə görə, bu iki bank hazırda IFC ilə əməkdaşlıq edən bank təşkilatlarıdır və korporasiya indiyədək bu banklara kredit ayırıb: «Əməkdaşlıq etdiyimiz bankların ikisinə yaxın bir ay ərzində kiçik və orta sahibkarlığın inkişafı üçün kredit ayıracağıq».
A.Əzimova həmçinin qeyd edib ki, IFC gələcəkdə əməkdaşlıq etmək məqsədilə Azərbaycanda fəaliyyət göstərən bir neçə digər banklarla da tanışlıq xarakteri daşıyan görüşlər keçirir və ünsiyyət saxlayır.
Qeyd edək ki, hazırda IFC Azərbaycanın «Rabitabank», «UniBank», «AccessBank», «Azerdemiryolbank», «Bank Respublika», «AGBank» və digər banklarla əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR