Bank Of Baku

«Bank Standard»ın «Bəxtiniz qızıl olsun» aksiyasının növbəti tirajı Müstəqillik gününə həsr olunacaq

«Bank Standard»ın «Bəxtiniz qızıl olsun» aksiyasının növbəti tirajı Müstəqillik gününə həsr olunacaq
# 07 oktyabr 2008 13:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) «Bəxtiniz qızıl olsun» aksiyasının növbəti tirajını keçirəcək. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, üçüncü tirajın qalibi 999,9 əyarlı İsveçrə qızılından hazırlanmış 250 qramlıq külçəyə sahib olacaq. Dövlət Müstəqilliyi gününə (18 oktyabr) həsr olunmuş növbəti tirajın iştirakçı siyahıları bayramdan öncəki iş gününün sonuna olan məlumatlara əsasən tərtib ediləcək.
Beləliklə, bankda bir il və ya daha uzun müddətə yerləşdirilmiş «Standart», «Uşaq» və ya «VIP» tipli müddətli depozitlərin bütün sahibləri ilə bərabər tiraja yuxarıda göstərilən tarixədək adı çəkilən hesabları açan yeni müştərilər də buraxılacaq. Şərtlərə görə, əmanətin hər 1000 şərti vahidi (manat, dollar, avro) sahibinə tirajda 1 lotereya şansı verir.
Eyni zamanda aksiyanın bir çox iştirakçıları imtiyazlı lotlar da əldə edəcək. Bu lotlar depozit müqaviləsinin imzalandığı tarixdən keçən hər tamam ilə və əvvəlki tirajlarda iştiraka görə əlavə edilir.
Aksiya iştirakçıları lotereya kuponlarının kod nömrələri ilə www.bankstandard.com saytında və ya bankın istənilən filialında tanış ola bilərlər. Əmanətçilərin kod nömrələri və lotların (kuponların) sayı depozit hesabının nömrəsinə əsasən müəyyən olunur. Məxfilik və bank əmanətləri sirrinin qorunması məqsədilə kod nömrələri siyahılarında müştərilərin adı göstərilməyib.
Qeyd edək ki, növbəti tiraj noyabrın 1-də «Excelsior» mehmanxanasında keçiriləcək.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və Azərbaycanın ən iri kommersiya bankı olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 712,329 mln. manat, kredit portfeli 439,115 mln. manat, depozit portfeli 250,866 mln. manat, məcmu kapitalı 82,609 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR