Bank Of Baku

Azərbaycanın ən iri lizinq şirkəti «İlin şirkəti» milli mükafatına layiq görülüb

Azərbaycanın ən iri lizinq şirkəti «İlin şirkəti» milli mükafatına layiq görülüb
# 08 oktyabr 2008 08:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın ən iri lizinq şirkəti sayılan «Joint Leasing» 2008-ci ildə lizinq sahəsində əldə etdiyi uğurlara görə «Consultıng & Busıness» jurnalı tərəfindən «Lizinq» nominasiyasında «İlin Şirkəti» milli mükafatına layiq görülüb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mükafatın əsas məqsədi yüksək rentabellik, bazarda sabit mövqe və intensiv inkişaf nümayiş etdirən, maliyyə şəffaflığı və informasiyanın açıqlığı barədə beynəlxalq standartları əsas götürərək korporativ siyasət yürüdən şirkətlərin nailiyyətlərini qeyd etməkdir: «Bu baxımdan «Joint Leasing» şirkətinin belə bir mükafata layiq görülməsi təsadüfi deyil».
Qeyd edək ki, şirkət bu ilin yanvar-sentyabr aylarında lizinq portfelini 75 mln. ABŞ dollarına çatdırıb və bu, 2007-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 40% çoxdur. Həmçinin, cari ilin əvvəlindən şirkət bazara iki yeni məhsul (avtolizinq və kommersiya tipli daşınmaz əmlakın lizinqi) çıxarıb.
Hazırda «Joint Leasing» şirkəti texnika və avadanlıqlar, istehsal xidmətləri, avtomobil və kommersiya tipli daşınmaz əmlakın lizinqi də nəzərə alınmaqla, bütün növ lizinq xidmətlərini təklif edir.
«Şirkət nailiyyətlərini davam etdirərək ilk növbədə lizinq portfelini gələcəkdə sürətlə artırmaq niyyətindədir. Regional layihələrin maliyyələşdirilməsi vasitəsi ilə regionlarda fəaliyyətin daha da aktivləşdirilməsi, portfelin sektorlar üzrə diversifikasiyasının gücləndirilməsi də şirkətin inkişaf planlarına aiddir», - deyə «Joint Leasing»in baş ofisindən bildirilib.
Xatırladaq ki, Azərbaycanın ən iri lizinq şirkəti olan «Joint Leasing» 2007-ci il iyun ayının 14-dən «Azərlizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankı (47,6%) çıxış edir.
Qeyd edək ki, «Joint Lizinq» şirkətinin sələfi Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» Birgə Müəssisəsi 1999-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR