Bank Of Baku

Azərbaycanda bank kreditlərinin 70%-i uzunmüddətlidir

Azərbaycanda bank kreditlərinin 70%-i uzunmüddətlidir
# 08 oktyabr 2008 07:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları tərəfindən verilən kreditlərin 69,3%-i uzunmüddətlidir. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin sentyabr ayının 1-nə ümumi məbləği 6 455 mln. manat olan məcmu kredit qoyuluşlarının 4 475,4 mln. manatı uzunmüddətli kreditlərin payına düşür. Qeyd edək ki, 2007-ci ilin sentyabrın 1-nə uzunmüddətli kreditlərin həcmi 2 163,9 mln. manat, yəni ümumi həcminin 60,6%-ni təşkil edib. Bu ilin əvvəlinə isə bu göstəricilər müvafiq olaraq 3 120,1 mln. manata və 65,6%-ə bərabər olub.
Qeyd edək ki, uzunmüddətli kreditlərin qısamüddətli kreditləri üstələməsi tendensiyası 2007-ci ilin əvvəlində başlayıb və artıq daimi xarakteri alıb.
Cari ilin sentyabrın 1-nə manatla verilən kreditlərin həcmi 3 526,2 mln. manat, xarici valyuta verilən kreditlərin həcmi isə 2 928,8 mln. manat təşkil edib, yəni məcmu kredit portfelinin 54,6%-i manat, 45,4%-i isə valyuta kreditlərinin payına düşür. Ötən ilin müvafiq dövründə analoji göstəricilər müvafiq olaraq 55,4% və 44,6%, bu ilin əvvəlində isə 53,5% və 46,5% təşkil edib. Manat kreditlərinin valyuta kreditlərini üstələməsi tendensiyası 2007-ci ilin aprel ayından müşahidə olunur. Qeyd edək ki, manat kreditlərinin strukturunda uzunmüddətli kreditlərin payı 61,4%-ə, valyuta kreditlərində isə 78,9%-ə bərabər olub.
Uzunmüddətli kreditlərin bu dərəcədə yüksək paylara malik olması, ilk baxışdan, bank sistemi üçün müsbət hal hesab oluna bilər. Lakin vurğulamaq vacibdir ki, bu proses hələ də real (istehsal) sektora şamil olunmur – onun payına yalnız bank kreditlərinin 18-20%-i düşür. İstehsalın maliyyələşmə mənbələrinə fikir versək görərik ki, maliyyələşmənin təxminən 90%-i müəssisələrin öz vəsaitləri hesabına həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR