Bank Of Baku

Azərbaycanda mərkəzi bankın notları üzrə dövriyyənin daha da artacağı gözlənilir

Azərbaycanda mərkəzi bankın notları üzrə dövriyyənin daha da artacağı gözlənilir
# 08 oktyabr 2008 07:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) qısamüddətli notlarının dövriyyədə olan həcmi 2008-ci ilin əvvəlindən ilk dəfə olaraq artmağa başlayıb.
Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, cari ilin oktyabr ayının əvvəlinə dövriyyədə olan notların həcmi 100,8 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəlindən 2,7 dəfə az olsa da, il ərzində dövriyyənin dinamikası sentyabr ayında kəskin dəyişib:

Qeyd edək ki, sentyabrın əvvəlinə dövriyyədəki notların həcmi cəmi 53,5 mln. manat təşkil edərək, son illərin minimal həddinə düşüb. Notlara yönəldilən investisiyaların artması isə AMB tərəfindən kommersiya banklarına istehlak kreditləşməsinin məhdudlaşdırılması barədə tövsiyələri ilə bağlıdır. Çünki kreditləşmənin məhdudlaşması banklarda likvidliyin artmasına səbəb olub və bu likvidliyin hazırkı dövrdə yeganə mümkün istifadə istiqaməti məhz notlar bazarıdır. Belə bir şəraitdə banklar öz kredit siyasətini ciddi şəkildə korrektə edə bilməz və nəticədə, artıq likvidlik notlar bazarına yönəldilir.
Qeyd edək ki, bankların ümumi kredit portfelinin 37%-i istehlak kreditlərinin payına düşür və istehlak sahəsindən olan bu asılılığı banklar qısa zaman ərzində aradan qaldıra bilməz. Bu səbəbdən də yaxın vaxtlarda AMB-nin təklifi genişləndirəcəyi təqdirdə notlar üzrə dövriyyənin daha artmasını gözləmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR