Bank Of Baku

«Azərqarant» yanvar-sentyabr aylarında sığorta daxilolmalarını 27% artıb

«Azərqarant» yanvar-sentyabr aylarında sığorta daxilolmalarını 27% artıb
# 08 oktyabr 2008 08:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 700,480 min manat təşkil edib ki, bu da 2007-ci ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 26,6% çoxdur.
Şirkətin baş direktoru Şükür Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 4 dəfə artaraq 114,190 min manata çatıb.
Şirkətin sığorta haqlarının strukturunda ən daxilolma «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (218,14 min manat), «Fərdi qəza və xəstəliklər sığortası» (214,420 min manat), və «Əmlakın yanğından və digər risklərdən sığortası» (167 min manat) növlərinin payına düşüb.
Ödənişlərdə isə ən çox vəsait «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (35,66 min manat), «Tibbi sığorta» (28,49 min manat) və «Fərdi qəza və xəstəliklər sığortası» (25,76 min manat) növləri üzrə ödənilib.
Qeyd edək ki, təsisçisi bir fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR