Bank Of Baku

Azərbaycanın ən iri bankı korporativ müştəriləri üçün depozit dərəcələrini artırır

Azərbaycanın ən iri bankı korporativ müştəriləri üçün depozit dərəcələrini artırır
# 08 oktyabr 2008 09:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) korporativ müştərilər üçün depozitlər üzrə faiz dərəcələrini artırır.
ABB-nin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, faiz dərəcələrinin artırılması manat və xarici valyutada (dollar, avro) yerləşdirilən depozitləri əhatə edir. Yeni faiz dərəcələri depozitin valyutasının növündən, müddətindən və məbləğindən asılı olaraq dəyişir. Bank tərəfindən, həmçinin bonus sistemi tətbiq olunur ki, bu da depozitin məbləğindən asılıdır.
Yeni faiz dərəcələri hüquqi şəxslər tərəfindən dollar və manatla yerləşdirilən depozitlər üzrə illik 6%-dən, avro üzrə yerləşdirilən əmanətlər üzrə isə ilik 4,8%-dən başlayaraq hesablanır. Ən yüksək dividentlər iki illik depozitlər üzrə hesablanacaq ki, burada manat və dollar üzrə illik 10%-dən, avro üzrə isə illik 8%-dən başlayaraq gəlirlik ödənilir. Ən aşağı faiz dərəcəsi (illik 1%-dən başlayaraq) isə tələb olunanadək depozitlər üzrə ödəniləcək.
Qeyd edək ki, faiz dərəcələrinin artırılması bankın daxili bazarda korporativ müştərilərin vəsaitlərinin cəlb edilməsinə yönəldilən siyasəti çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR