Bank Of Baku

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankında payını 2,2 dəfə artırıb

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankında payını 2,2 dəfə artırıb
# 08 oktyabr 2008 09:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Qara Dəniz Ticarət və İnkişaf Bankındakı (QDTİB) payı 2%-dən 5%-dək artırılıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.
Nazirin sözlərinə görə, İstanbulda (Türkiyə) keçirilən QDTİB-in Direktorlar Şurasının son iclasında Azərbaycanın Bankdakı payı 3 faiz bəndi artırılaraq 5%-ə çatdırılmasına dair qərar qəbul olunub: «Bu da bizə bir çox ölkələrin, o cümlədən Gürcüstan və Ermənistandan bir pillə yuxarı dayanmağa imkan verir. Belə ki, onların QDTİB-dəki payı azdır. Bununla da Azərbaycan regionda liderdirliyini saxlayıb».
H.Babayev həmçinin bildirib ki, Azərbaycan QDTİB-də payının artırılması üzrə ödənişlərini mərhələlərlə aparacaq və bu proses 3 ili əhatə edəcək.
Qeyd edək ki, Azərbaycanı QDTİB-də iqtisadi inkişaf naziri təmsil edir.
Xatırladaq ki, QDTİB Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi və səhmdar kapitalda iştirakla bağlı layihələr həyata keçirir. Beynəlxalq maliyyə institutu olan QDTİB-in təsisçiləri rolunda 11 ölkə (Azərbaycan, Türkiyə, Albaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Yunanıstan və Ermənistan) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR