Bank Of Baku

«AccsesBank» cəlb etdiyi sindikatlaşdırılmış kreditin ilk tranşını bu ay alacaq

«AccsesBank» cəlb etdiyi sindikatlaşdırılmış kreditin ilk tranşını bu ay alacaq
# 08 oktyabr 2008 10:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccsesBank» Səhmdar Kommersiya Bankı (SKB) Avropa banklarından cəlb etdiyi sindikatlaşdırılmış kreditin birinci tranşını cari ilin oktyabr ayının 15-də alacaq.
Bankın baş ofisindən verilən məlumata görə, birinci tranşın məbləği 7 mln. ABŞ dolları təşkil edəcək. Qalan məbləğ isə ilin sonuna planlaşdırılır.
Qeyd edək ki, 10 Avropa bankının iştirak etdiyi sindikatlaşdırılmış kredit xəttinin ümumi məbləği 25 mln. dollar təşkil edir. Aparıcı bank kimi Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) çıxış edir. Kreditlər Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına sərf ediləcək.
Xatırladaq ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və bu ilin sentyabrın 8-də bankın brendi dəyişdirilib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 175,677 mln. manat, kredit portfeli 147,560 mln. manat, depozit portfeli 10,016 mln. manat, məcmu kapitalı 37,589 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR