Manat kreditləri üzrə artım əsasən fiziki şəxslərə verilən kreditlər üzrə müşahidə olunur. Belə ki, son bir ildə bu göstərici 19,36%-dən 21,25%-dək, yəni 1,89 faiz bəndi artıb, hüquqi şəxslərə verilən kreditlər üzrə isə 15,43%-dən 16%-dək, yəni 0,57 faiz bəndi artıb. Valyuta kreditlərinin faiz dərəcələri fiziki şəxslər üzrə 2,81 faiz bəndi azalaraq 11,92%-ə, hüquqi şəxslər üzrə isə 0,26 faiz bəndi azalaraq 21,40%-ə çatıb.
Qeyd edək ki, valyuta ilə verilən kreditlərin dərəcələrinin azalması bankların mövqeyi baxımından iqtisadi qanuna uyğunluqlara cavab vermir. Belə ki, ötən ilin sentyabrın 1-dən bu ilin eyni tarixinə qədər dolların ucuzlaşması 4,5% təşkil edib (qeyd: valyuta kreditləri əsasən dollarla verilir). Belə olan şəraitdə, məzənnə itkilərini ödəmək üçün banklar dollar kreditləri üzrə faizlərini əksinə, artırmalıdır. Aydındır ki, krediti ucuzlaşan valyutada götürmək əlverişlidir, çünki krediti qaytaranda valyutanın devalvasiyası son ödənilən kredit məbləğini də azaldır. Bu səbəbdən, banklar əksər hallarda məzənnə itkiləri, yəni valyuta risklərini faiz dərəcələrində əks etdirir. Lakin Azərbaycanda bu proses baş vermir və banklar öz valyuta kreditlərini manat kreditləri ilə müqayisədə daha aşağı faizlə (hüquqi şəxslər üçün) və ya eyni şərtlərlə ayırır:
| 01.09.2008 | 01.09.2007 | ||||
| Orta dərəcə | Hüquqi şəxslər | Fiziki şəxslər | Orta dərəcə | Hüquqi şəxslər | Fiziki şəxslər |
Manatla | 18.22 | 16.00 | 21.25 | 16.91 | 15.43 | 19.36 |
Valyuta ilə | 14.67 | 11.92 | 21.40 | 17.16 | 14.73 | 21.66 |