Bank Of Baku

Azərbaycanda birjanın avro bazarında payı 0,3% təşkil edir

Azərbaycanda birjanın avro bazarında payı 0,3% təşkil edir
# 08 oktyabr 2008 10:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda avro üzrə daxili valyuta bazarının həcmi 2008-ci ilin sentyabr ayının 1-nə 2 744 564,7 min təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə, 2007-ci ilin məcmu göstəricisindən isə 2,2 dəfə artıqdır.
Hesabat dövründə avro üzrə bağlanmış əqdlərin 60,3%-i açıq banklararası bazarın, 39,4%-i bankdaxili mübadilə əməliyyatlarının və yalnız 0,3%-i birja elektron sisteminin (BEST) payına düşür.
Qeyd edək ki, avro üzrə valyuta bazarında birjanın iştirakı kəskin azalıb. Belə ki, ötən ilin sentyabrın 1-nə birjanın payı 2,2%, 2007-ci ilin sonunda isə 1,9% olub. Bankdaxili mübadilə əməliyyatlarının bu dərəcədə böyük paya malik olması bazarda avroya olan tələbatın hələ də əhəmiyyətli səviyyədə qalması ilə bağlıdır. Belə ki, ötən ilin ilk 8 ayı ilə müqayisədə açıq bazarın həcmi 13,3 dəfə, bu ilin əvvəli ilə müqayisədə isə 6,7 dəfə artıb. Bu da banklarda avro çatışmazlığını əks etdirir. Bu həm də bankdaxili mübadilə əməliyyatlarının ümumi bazarda payının kəskin azaldığını sübut edir. Belə ki, bu göstərici ötən ilin sentyabrın əvvəlində 82,8%, bu ilin əvvəlində isə 78,8% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR