Bank Of Baku

Azərbaycan bankları istifadə olunmamış pensiya məbləğlərinin əmanət kimi deponentləşdirilməsinin əleyhinədir

Azərbaycan bankları istifadə olunmamış pensiya məbləğlərinin əmanət kimi deponentləşdirilməsinin əleyhinədir
# 08 oktyabr 2008 11:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları Dövlət Sosial Müdafiə Fondunun (DSMF) pensiya məbləğinin depozit kimi saxlanılması təklifi ilə razılaşmayıb. Bunu «APA-Economics»ə açıqlamasında DSMF-nin sədri Səlim Müslümov bildirib.
Fond sədrinin sözlərinə görə, hazırda Azərbaycanda 10 mindən çox şəxs yuxarı məbləğdə pensiya alır: «Bunların arasında elələri var ki, pensiyasını 2-5 ay götürmür. Belə olan halda həmin pensiya məbləğlərini depozit kimi banka qoymaq olardı. Biz düşünürdük ki, pensiyanın hesabda saxlanılma müddəti bir ayı ötübsə, o, depozit kimi qeydə alınsın və həmin vəsait üçün faizlərin ödənilməsi məsələsinə baxılsın. Amma hələlik banklar tərəfindən buna heç bir reaksiya yoxdur».
S.Müslümov əlavə edib ki, bankların bu məsələ ilə bağlı mövqeyi fərqlidir. DSMF sədrinin sözlərinə görə, banklar hesab edir ki, vəsait pensiyaçının hesabına köçürüləndə o, artıq pensiyaçının pulu sayılır. Bu halda pensiyaçı özü istəsə, həmin vəsaitinin depozit kimi saxlanılması məqsədilə müqavilə bağlaya bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR