Bank Of Baku

«Texnikabank» son bir ildə aktivlərinİ 50% artırıb

«Texnikabank» son bir ildə aktivlərinİ 50% artırıb
# 08 oktyabr 2008 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin oktyabr ayının 1-nə 439,644 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 48,4% çoxdur.
Bankın İdarə Heyətinin sədri Samir Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 48,3% artaraq 305,886 mln. manata, əhalidən cəlb edilmiş əmanətlər isə 21,7% genişlənərək 78,663 mln. manata çatıb. Həmçinin, bu dövr ərzində bankın məcmu kapitalı 55,2% artaraq 57,438 mln. manat, xalis mənfəəti isə 2,5 dəfə artaraq 20,042 mln. manat olub.
S.Hüseynovun sözlərinə görə, strateji plana uyğun olaraq, bu il ərzində bank bir sıra nailiyyət əldə edib: «Hazırda bankın respublika üzrə 35 filialı, 2 şöbə, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir. Bankımız Milli Ödəmə Sistemləri üzrə Dövlət Proqramına aktiv qoşularaq ticarət və iaşə obyektlərində POS-terminalların sayını 327-yə çatdırıb. «MasterCard» və «Visa İnternational» sistemlərinin prinsipial üzvü olan «Texnikabank» indiyədək hər iki sistem üzrə müştərilərə 40 662 aktiv plastik kart təqdim edib».
S.Hüseynov qeyd edib ki, 2008-ci ildə «Texnikabank»ın fəaliyyətində əsas prioritet kimi institusional inkişaf nəzərdə tutulub. Bu baxımdan bank risklərinin idarə edilməsi proqramının daha da təkmilləşdirilməsi, informasiya texnologiyaları sisteminin gücləndirilməsi və insan resurslarının inkişafı istiqamətində bir sıra addımlar atıb. Belə ki, bank Almaniya, Hollandiya, Avstriya və Belçikanın müxtəlif maliyyə qurumlarına konsultasiya xidmətləri göstərən Türkiyənin «İnterfed Danışmanlık Hizmetleri Ltd.» şirkəti ilə risklərin idarə edilməsi proqramının yenidən qiymətləndirilməsi və yaxşılaşdırılması məqsədilə bir illik müqavilə bağlayıb. Eyni zamanda, proqram təminatının alınması üçün bank İsveçrənin «Temenos» şirkəti ilə müqavilə bağlayıb. Bank yeni proqram təminatının implementasiyasını 2009-cu ilin birinci yarısında yekunlaşdırmağı planlaşdırır.
Xatırladaq ki, Azərbaycanın ən iri banklarından olan «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR