Bank Of Baku

Azərbaycan bank sisteminin xarici borcu maksimal həddə çatıb

Azərbaycan bank sisteminin xarici borcu maksimal həddə çatıb
# 08 oktyabr 2008 14:31 (UTC +04:00)
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 2,4 dəfə, cari ilin əvvəli ilə müqayisədə isə 64,5% çoxdur.
Ümumiyyətlə, bankların xarici borclanmasının hazırkı səviyyəsi Azərbaycan bank sisteminin tarixində maksimal həddə çatıb:




Bankların xaricdən cəlb etdiyi maliyyə vəsaitlərinin bu cür artımı bir tərəfdən müsbət haldır, çünki xarici maliyyə qurumlarının Azərbaycandakı banklara inam və etibarının yüksəldiyini əks etdirir. Digər tərəfdən bu, mənfi göstəricidir, çünki yerli bankların likvidliyinə təsir mənfi göstərə bilər. Qeyd edək ki, xarici öhdəliklərin ümumi daxili xalis aktivlərinə nisbəti 31,2% təşkil edir ki, bu da banklarımızın yalnız depozitlər üzrə daxili öhdəliklərinin həcmini (4,09 mlrd. manat) nəzərə aldıqda, çox böyük göstəricidir.
Azərbaycanda fəaliyyət göstərən bankların xarici borclanmaya meylliliyi əsasən xarici kredit xətlərinin daxili bazardakından daha ucuz olması ilə bağlıdır. Eyni zamanda vurğulamaq lazımdır ki, xarici maliyyə qurumları tərəfindən yerli banka əvvəl kredit xətti açması, sonra isə həmin bankın səhmdarı olması Azərbaycanda artıq kütləvi xarakter daşımır. Yəni, xarici kreditlərin nəticəsi olaraq Azərbaycan banklarının xarici kapitalın nəzarətinə keçməsi təhlükəsi yoxdur. Banklarımızı digər təhlükə gözləyə bilər. Hazırda Avropada iri maliyyə qurumlarının kapitallaşması kəskin şəkildə aşağı düşür, hətta bir sıra bank və maliyyə qurumu müflisləşmə təhlükəsi qarşısındadır və onların xarici aktivlərinin «geri çağırması» ehtimalı böyükdür. Bu baxımından bəzi Azərbaycan banklarında cari likvidlik problemi yarana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR