Qeyd edək ki, manat depozitləri üzrə faiz dərəcələrinin ən yüksək göstəricisi bu ilin iyulunda (12,08%) müşahidə olunub, valyuta depozitləri üzrə sentyabr göstəricisi illik minimuma enib. Qeyd etmək lazımdır ki, bu ilin fevral ayına qədər valyuta depozitlərinin faiz dərəcələri manat üzrə analoji göstəriciləri üstələyib. Lakin fevraldan etibarən tendensiya dəyişib, hətta valyuta depozitlərinin gəlirliyi kəskin azalmağa başlayıb.
Valyuta depozitləri üzrə faiz dərəcələrinin bu cür azalması manatın xarici valyutalara qarşı (əsasən dollara, çünki valyuta depozitlərinin əsas hissəsi dollarda yerləşdirilib) qalxıb-enməsini əks etdirmir. Ümumiyyətlə, dollar depozitləri üzrə faiz dərəcələrinin manat depozitlərinə nisbətən aşağı olması, həmçinin dollar depozitləri üzrə dərəcələrin kəskin azalması yalnız ABŞ valyutasının kəskin bahalaşması şəraitində baş verməlidir, çünki bu halda deponentlərin məzənnə itkilərinin yerini doldurmaq mümkün olacaq və deponentlər banklara öz valyuta əmanət və depozitlərinin yerləşdirməsini davam etdirəcəklər. Azərbaycanda isə bu proses tam əksinə gedir: dolların məzənnəsi ilin əvvəlindən 4,4% düşüb, valyuta depozitləri üzrə orta faiz dərəcələri isə qalxmaq əvəzinə 35,8% azalıb.
Manat və valyuta depozitləri üzrə orta illik faiz dərəcələri:
| 01.09.2008 | 01.09.2007 | ||||
| Orta dərəcə | Hüquqi şəxslər | Fiziki şəxslər | Orta dərəcə | Hüquqi şəxslər | Fiziki şəxslər |
Manatla | 12,02 | 10,49 | 12,66 | 11,28 | 9,63 | 12,41 |
Valyuta ilə | 7,84 | 5,15 | 12,50 | 12,65 | 9,90 | 12,77 |