Bank Of Baku

Qara Dəniz Ticarət və İnkişaf Bankı nizamnamə kapitalını 2 dəfə artırıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı nizamnamə kapitalını 2 dəfə artırıb
# 09 oktyabr 2008 11:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İstanbulda (Türkiyə) keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Müdirlər Şurasının xüsusi iclasında Bankın nizamnamə kapitalının 2 dəfə artırılmasına dair qərar qəbul olunub. Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, qərara əsasən, QDTİB-in nizamnamə kapitalı 2 dəfə artırılaraq 2 mlrd. ABŞ dollarına çatdırılıb.
Tədbirdə həmçinin Bankın səhmlərinə abunə və cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. QDTİB-in əsasnaməsinə uyğun olaraq, abunə olunmamış bank kapitalının 3%-lik səhm paketi bankın kiçik səhmdarlarına təklif olunub.
Qeyd edək ki, tədbirdə Azərbaycanın QDTİB-dəki payının 2%-dən 5%-dək artırılmasına dair də qərar qəbul olunub. Azərbaycan QDTİB-də payının artırılması üzrə ödənişlərini mərhələlərlə aparacaq və bu proses 3 ili əhatə edəcək.
Xatırladaq ki, QDTİB Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi və səhmdar kapitalda iştirakla bağlı layihələr həyata keçirir. Azərbaycanı QDTİB-də iqtisadi inkişaf naziri təmsil edir.
Beynəlxalq maliyyə institutu olan QDTİB-in təsisçiləri rolunda 11 ölkə (Azərbaycan - 5%, Türkiyə - 16,5%, Albaniya 2%, Ukrayna – 13,5%, Gürcüstan – 0,5%, Bolqarıstan – 13,5, Moldova – 1%, Rumıniya – 14%, Rusiya - 16,5%, Yunanıstan – 16,5% və Ermənistan – 1%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR