Bank Of Baku

Azərbaycanda son bir ildə bankomatların sayı 20%, POS-terminallar 80% artıb

Azərbaycanda son bir ildə bankomatların sayı 20%, POS-terminallar 80% artıb
# 09 oktyabr 2008 12:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bankomatların sayı son bir il ərzində 20% artaraq 2008-ci ilin sentyabr ayının 1-nə 1 445-ə çatıb. Bunun 861-i Bakıda, 581-i isə regionlarda quraşdırılıb.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumatına görə, cari ilin əvvəlindən bankomatların sayı 9% artıb, o cümlədən Bakı üzrə artım 4,4%, regionlar üzrə isə 16,4% təşkil edib. Beləliklə, bankomatların ümumi sayında Bakı şəhərinin xüsusi çəkisi ilin əvvəlindən 62%-dən 60%-ə düşüb.
Nağdsız hesablaşmaların tətbiqində digər mühüm tərkib hissəsi olan POS-terminalların yerləşdirilməsi üzrə artım daha yüksəkdir. Belə ki, sentyabrın 1-nə ölkədə 7 277 POS-terminal quraşdırılıb və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 80%, ilin əvvəlinə nisbətən isə 28% çoxdur. POS-terminalların sayında Bakının payı hələ də yüksək səviyyədə qalır. Belə ki, sentyabrın 1-nə POS-terminalların 91%-i, ilin əvvəlində isə 92%-i məhz paytaxtda quraşdırılıb. Qeyd edək ki, POS-terminalların 90%-i pərakəndə ticarət, iaşə və xidmət müəssisələrinin payına düşür.
Bankomat və əsasən POS-terminalların sayı hələ də ölkə iqtisadiyyatının, o cümlədən, ticarətin həcminə görə yetərli deyil. Bu səbəbdən bankların kassa dövriyyəsi ÜDM-nin 50%-ni təşkil edir, pərakəndə ticarət dövriyyəsini isə 2 dəfə üstələyir. Bu və digər göstəricilər ticarət və xidmət sahələrində nağdsız hesablaşmaların hələ də aşağı səviyyədə olduğunu sübut edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR