Bank Of Baku

«Royal Bank of Baku» yaxın vaxtlarda nizamnamə kapitalını 24% artıracaq

«Royal Bank of Baku» yaxın vaxtlarda nizamnamə kapitalını 24% artıracaq
# 09 oktyabr 2008 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti (ASC) yaxın vaxtlarda nizamnamə kapitalını 23,5% artıraraq 21 mln. manata çatdıracaq.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması bankın mövcud səhmdarları hesabına həyata keçiriləcək. Elan olunmuş əlavə səhm emissiyasının həcminin ödənilməsi isə tezliklə başa çatdırılacaq.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 85,067 mln. manat, kredit portfeli 55,976 mln. manat, depozit portfeli 34,641 mln. manat, məcmu kapitalı 18,061 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,941 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 28 filialı, 4 şöbə, 3 mübadilə məntəqəsi 24 bankomatı və 75 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR