Bank Of Baku

BVF: İnkişafda olan ölkələrdə iqtisadi artım 7%-ə enəcək

BVF: İnkişafda olan ölkələrdə iqtisadi artım 7%-ə enəcək
# 09 oktyabr 2008 14:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının artım tempinin 2008-ci ildə 3,9% təşkil edəcəyini proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bu proqnozlar BVF tərəfindən hazırlanmış «Dünya iqtisadiyyatın inkişaf perspektivləri» hesabatında əks olunub.
Hesabata əsasən, inkişaf etmiş ölkələrdə iqtisadi artım 2008-ci ildə 1,5%, 2009-cu ildə isə 0,5% təşkil edəcək (2007-ci ildə bu göstərici 2,6% təşkil edib). İnkişafda olan ölkələr üçün proqnoz daha müsbətdir: iqtisadi artım 2008-ci ildə 6,9%, 2009-cu ildə isə 6,1% təşkil edəcək (2007-ci ildə 8% olub).
BVF mütəxəssislərinin fikrincə, iqtisadi artım tempinin düşməsinə maliyyə bazarlarında mənfi tendensiyalar təsir edir. Maliyyə bazarı və real iqtisadiyyatla neqativ əlaqələrin pozulması üçün bütün ölkələrdə pul-kredit və vergi-büdcə sağlamlıq tədbirləri görülməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR