Bank Of Baku

«Bank Standard» yeni səhm emissiyasının ödənilməsini başa çatdırıb

«Bank Standard» yeni səhm emissiyasının ödənilməsini başa çatdırıb
# 09 oktyabr 2008 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınmış «Bank Standard» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) emissiya etdiyi sənədsiz adlı adi səhmlərinin ödənilməsi prosesi tam başa çatdırılıb. Bu barədə «APA-Economics»ə «Bank Standard» QSC-dən məlumat verilib.
«Səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 145,6 min ədəd, emissiyanın ümumi həcmi isə 14,56 mln. manat təşkil edib. Səhmlərin yerləşdirilməsi uğurla başa çatıb və bankın nizamnamə kapitalı 29%-dən çox artırılaraq təxminən 65 mln. manata çatdırılıb», - deyə QSC-dən bildirilib.
Bununla da «Bank Standard» ölkədəki banklar sırasında nizamnamə kapitalının həcminə görə üçüncü pilləyə yüksəlib.
Qeyd edək ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və Azərbaycanın ən iri kommersiya bankı olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 712,329 mln. manat, kredit portfeli 439,115 mln. manat, depozit portfeli 250,866 mln. manat, məcmu kapitalı 82,609 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR