Bank Of Baku

«Royal Bank of Baku» İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondundan yeni kredit tranşı alıb

«Royal Bank of Baku» İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondundan yeni kredit tranşı alıb
# 09 oktyabr 2008 14:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti (ASC) İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondundan cəlb etdiyi kreditin növbəti tranşını alıb.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu tranşın məbləği 1,5 mln. ABŞ dolları təşkil edir və cəlb olunmuş vəsaitlər bankın istehlak kreditləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, ötən il İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondu bankın səhmdarları sırasına daxil olub. İndiyədək «The Sturgeon Fund Ltd.» tərəfindən banka 21 mln. dollar həcmində vəsait ayrılıb. Bank bu ilin oktyabr ayının 15-də fonddan daha 1 mln. dollar, oktyabrın 30-da isə 5 mln. dollarlıq növbəti tranşlarını alacaq: «İtaliya fondundan cəlb olunan vəsaitin sonrakı tranşları da istehlak kreditlərinin maliyyələşdirilməsinə sərf edəcək. «Royal Bank of Baku» öz siyasətinə uyğun olaraq Azərbaycanın bank sistemində istehlak kreditləri üzrə lider olmaq niyyətindədir».
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 85,067 mln. manat, kredit portfeli 55,976 mln. manat, depozit portfeli 34,641 mln. manat, məcmu kapitalı 18,061 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,941 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 28 filialı, 4 şöbəsi, 3 mübadilə məntəqəsi, 24 bankomatı və 75 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR