Bank Of Baku

«AccessBank» yaxın günlərdə Bakıda yeni filial açacaq

«AccessBank» yaxın günlərdə Bakıda yeni filial açacaq
# 09 oktyabr 2008 15:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın günlərdə Mərdəkan filiallını açacaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Mərdəkan filialından başqa bank bu ilin sonunadək Salyan, Zaqatala, Cəlilabad da filial açmaq niyyətindədir. Qeyd edək ki, artıq bank tərəfindən Mərdəkan filialının açılması ilə bağlı Azərbaycan Milli Bankına müraciət olunub.
Xatırladaq ki, «AccessBank» 2002-ci oktyabr ayından Azərbaycan Mikromaliyyəşəldirmə Bankı kimi fəaliyyət göstərib və bu ilin sentyabrın 8-də bankın brendi dəyişdirilib. Bankın təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) daxildir.
Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 175,677 mln. manat, kredit portfeli 147,560 mln. manat, depozit portfeli 10,016 mln. manat, məcmu kapitalı 37,589 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR