Fərhad Əmirbəyov: «Azərbaycan beynəlxalq maliyyə mərkəzinə çevrilə bilər»
Hələ 1993-cü ilin iyul ayında Milli Bank, Beynəlxalq, Əmanət, Sənaye-İnvestisiya və Aqrar-Sənaye bankları Azərbaycanda valyuta birjasının yaradılması təşəbbüsü ilə çıxış edib. BBVB-nin fəaliyyəti və birja ticarətinin perspektivləri haqqında BBVB-nin müdiri Fərhad Əmirbəyov «APA-Economics»ə müsahibə verib.
- Bakı Banklararası Valyuta Birjası 15 ildən artıqdır ki, fəaliyyət göstərir. Ötən illər ərzində hansı nailiyyətlər əldə olunub?
– Hesab edirəm ki, BBVB-nin təsis edilməsi Azərbaycanda müasir maliyyə sistemi və bazar iqtisadiyyatının yaradılması istiqamətində atılmış önəmli addımlardan biridir. Ölkədə valyuta birjasının yaranması andan mütəşəkkil valyuta bazarı da təşkil olunub. Əslində, həmin vaxtdan etibarən bu bazar banklararası bazara çevrilib, çünki birjada valyuta hərraclarının başlanması ilə nağd valyutanın «qara bazarı» yoxa çıxıb. Valyuta hərraclarının tətbiqi və milli valyutanın bazar məzənnəsinin müəyyən edilməsi nəinki işgüzar dairələr, həm də əhali tərəfindən dəstəklənib. Hesab edirəm ki, bazar iqtisadiyyatına keçid mərhələsində birjanın əməyi böyük olub. Təsadüfi deyil ki, birja valyuta bazarının fəaliyyətə başlamasından etibarən manatın birja məzənnəsi ən vacib iqtisadi göstəricilərdən birinə çevrilib.
Sonrakı illərdə biz bazarda mövqelərimizin güclənməsi, bankların inamının qazanılması və qabaqcıl birja və informasiya texnologiyalarının tətbiqinə nail olduq. Baxmayaraq ki, BBVB-nin adında «valyuta» anlayışı mövcuddur, birjamız qiymətli kağızlar bazarının da qurulmasının təşəbbüskarı olub. Azərbaycanda fond bazarının formalaşması, kommersiya banklarının yenidən maliyyələşdirmə mexanizminin inkişaf etdirilməsi, pul bazarının işə düşməsi BBVB-nin adı ilə sıx bağlıdır. Beləliklə, birjanın 15 illiyini qeyd etməklə, əslində, biz maliyyə bazarının bütün iştirakçıları, o cümlədən bank birliyi üçün əlamətdar bir tarixi yad etdik.
- Azərbaycanda birja işinin inkişaf perspektivlərini necə qiymətləndirirsiz?
– Mənim fikrimcə, ölkəmizdə birja işinin inkişafı üçün kifayət qədər potensial mövcuddur. Ümumiyyətlə, Azərbaycanda birja hərəkatı çoxdan yaranıb. Bakıda birinci birjanın yaranması zamanından 120 ildən çox vaxt ötüb. Bizə Tağıyev, Nağıyev, Əsədullayev və Azərbaycanda birja hərəkatının bünövrəsini qoyan bir sıra başqa işgüzar insanlar tərəfindən yaradılmış birja ənənələrinin davamçısı olmaq nəsib olub. Böyük təcrübə əldə etmişik və bunun sayəsində Bakı Banklararası Valyuta Birjası bu gün Azərbaycanın kapital bazarının infrastrukturunda ən önəmli yer tutub və vahid texnoloji platformada ticarət və hesablaşma sistemlərini inteqrasiya etməkdədir. Əminəm ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı və birja infrastrukturunun genişlənməsi ölkənin maliyyə bazarının cəlbediciliyini daha da artıracaq.
BBVB yaxın gələcəkdə yeni texnoloji ideya, yeni maliyyə alətləri və müştərilər üçün yeni xidmətlərin tətbiq etməyi planlaşdırır. Biz birjanın texnoloji infrastrukturunu və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə işi davam etdirmək niyyətindəyik. Birja innovasiyalarının əsas məqsədi təkcə bankların birja əməliyyatlarına xidmət göstərmək deyil. Bizim üçün vacib olan odur ki, birja bazarının bank sisteminin inkişafındakı rolu daha önəmli olsun. Odur ki, mən valyuta «svop»ları bazarının işə salınması ilə bağlı layihəni xüsusilə qeyd etmək istərdim. Birja valyuta bazarının inkişafının əsas məqsədi burada dövr edən qarşılıqlı əlaqədə olan alətlərin çeşidinin genişləndirilməsi sayəsində onun cəlbediciliyinin artırılmasındadır. Biz öz planlarımızı həm texnoloji, həm də təqdim etdiyimiz alət və xidmətlər cəhətdən dünya standartlarına uyğunluq zəruriliyi ilə qururuq. Gələcəkdə həyata keçirəcəyimiz bütün perspektivli planlar məhz bu məqsədlərə yönəldilib.
- Kredit və texniki risklər mütənasib olaraq tədricən artmasını nəzərə alsaq, BBVB əməliyyatların həcminin yüksəlməsinə nə dərəcədə hazırdır?
– Xatırladım ki, mayın 1-də biz istifadəçilərin yeni ticarət-hesablaşma sisteminə miqrasiyanı müvəffəqiyyətlə başa çatdırdıq. Birja Elektron Ticarət Sisteminə (BEST) 50-dən artıq ticarət və informasiya terminalı vasitəsilə demək olar ki, bütün banklar qoşulub. Bölgədə ilk birja elektron sistemi olaraq, BEST istismara veriləndən 6 il ərzində Azərbaycanın pul və valyuta bazarının ayrılmaz hissəsinə çevrilib. Bu gün BBVB elektron ticarəti, klirinq, əməliyyatlar üzrə hesablaşmalar və informasiya xidmətlərini təqdim edən və eyni zamanda maliyyə bazarına inteqrasiya olunan bir birja strukturudur. Birja xidmətlərinin göstərilməsində universallıq prinsipləri əsasında qurulmuş sistem likvidlik və bank risklərinin kompleks şəkildə idarə edilməsi üçün müasir bir platformanın təzahürüdür. BEST banklara nəinki xarici valyutalarla dövriyyə əməliyyatları aparmaq, həmçinin vəsaitlərin cəlb edilməsi və yerləşdirməsi, birjada bağlanmış əqdlər üzrə hesablaşmaların aparılması, limitlərin paylaşdırılmasını həyata keçirmək, eləcə də real vaxt rejimində ölkənin maliyyə bazarı seqmentlərinin monitorinqini aparmaq imkanı verir. Fikrimcə, elektron ticarət sisteminin həm yeni iştirakçıların cəlb edilməsi, həm alətlərin sayının artırılması, həm də aparılan əməliyyatların həcminin yüksəlməsi baxımından gələcək inkişafı üçün kifayət qədər potensialı var.
Texnoloji risklər barədə də bir neçə söz demək istərdim. Yaxın vaxtlaradək bu kimi risklər heç bir narahatlığa səbəb olmayıb, çünki ticarət sistemində istifadə olunan bütün texniki məsələlər uğurla nəticələnir və tranzaksiyaların xidmət olunmasında heç bir problem yaranmayıb. Dövriyyə və həcmin yüksəlməsi və əqdlərin sayının kəskin sürətdə artması şəraitində biz mövcud etibarlılıq ehtiyatını artıran bir sıra tədbir görmüşük. Birjanın server kompleksində əhəmiyyətli dərəcədə texnoloji müasirləşdirmə işləri aparmışıq və bu zaman sərmayələr yalnız yeni avadanlığa deyil, həm də proqram təminatına qoyulub. Nəticədə, ticarət sisteminin etibarlılığı bir neçə dəfə artıb.
Təbii ki, BEST-in nümayiş etdiyi imkanlar eynilə Azərbaycanda valyuta bazarının inkişafı üçün, gələcəkdə isə mötəbər dünya maliyyə mərkəzlərinin ticarət sistemləri ilə inteqrasiya üçün yeni perspektiv açır. Güman edirəm ki, birja məhsullarının sırası getdikcə uzanacaq, bu da öz növbəsində banklara yaranan maliyyə risklərini etibarlı və səmərəli şəkildə hedjinq etməyə kömək göstərəcək.
- Birja pul bazarında əməliyyatların həcmi ildən ilə iki dəfə artır. Sizcə, pul bazarı maliyyə bazarının ayrılmaz hissəsinə çevrilibmi?
– Bəli, bu gün BBVB-də banklararası kredit bazarı pul bazarının dinamik inkişaf edən bir seqmentidir. Lakin vurğulamaq istərdim ki, Azərbaycanda daxili pul bazarının inkişaf etdirilməsi hər şeydən öncə xarici mənfi faktorların təsirinin azaldılması üçün zəruridir. Məlum olduğu kimi, qlobal kapital bazarlarının ABŞ-da tüğyan edən ipoteka böhranından sonra durumu heç də yaxşı deyil. Həmin böhranın təsiri bütün dünya bazarlarında özünü büruzə verir, ələlxüsus borcalmalar bazarı bu hadisəyə çox həssas reaksiya verib. Bütün dünyada banklar kreditlər üzrə faiz dərəcələrini artırıb, borcalma alətləri isə əlçatmaz olub. Bu baxımdan biz hesab edirik ki, milli bazarın likvidliyini qoruyub saxlamaq və kommersiya banklarının yenidən maliyyələşdirilməsi sahəsində tənzimləyici imkanların genişləndirilməsi üçün hazırda ən önəmlisi yüksək likvidliyə malik olan pul bazarının yaradılmasıdır. Eyni zamanda bilirik ki, pul bazarının inkişafı kompleks məsələdir və onun həlli bütün marağı olan tərəflərdən sistem yanaşma və iştirakı tələb edir. Likvidli pul bazarının mövcud olması fond bazarının inkişafı üçün də şərait yaradır.
Kəmiyyət göstəriciləri ilə bərabər nəzərinizi pul bazarının birja seqmentinin keyfiyyət durumuna cəlb etmək istəyirəm. BBVB vahid səmərəli fəaliyyət göstərən və yüksək texnologiyalı daxili pul bazarının formalaşmasına yaxınlaşır - bütün iştirakçılar üçün eyni üzvolma şərtləri və kifayət qədər geniş alətlər çeşidi ilə. Təsadüfi deyil ki, pul bazarında ölkənin fəaliyyətdə olan banklarının demək olar ki, yarısı fəal ticarət aparır. Onlar dinamik sürətdə öz əməliyyatlarının həcmlərini artırır – bütövlükdə mütəşəkkil pul bazarında əqdlərin həcmi, o cümlədən dilerlərarası REPO, ayda 60-70 mln. AZN səviyyəsinə çatıb. Bir əqdin orta məbləği 1,5-2 mln. manat təşkil edir, ən yüksək tələbat isə 60-günlük borclaradır. Pul bazarı, xüsusilə də banklararası kredit bazarı vacib bir alətə çevrilib ki, bu da banklara likvidliyin səmərəli idarə edilməsi üçün imkan yaradır.
- Pul bazarının inkişaf etməsi maliyyə bazarının bütün iştirakçıları tərəfindən zəruriliyi qeyd olunan faiz dərəcələri indikatorlarının formalaşmasına imkan yaradıbmı?
– Bazarın pulun dəyərinin göstəricisi kimi rolu BakİBOR və BakİBİD ortaölçülü faiz dərəcələrinin dinamikası ilə təsdiq olunur. Bu indikatorların 10-dan çox yaşı var, lakin son illərdə əmsalların göstəriciliyi xeyli yüksəlib. Hazırda həmin göstəricilər sorğu üsulu ilə müəyyən edilmir, onlar BEST pul bazarının market-meykerlərinin faiz dərəcələri əsasında hesablanır. Biz hətta pul bazarında kreditlərin cəlb edilməsi və yerləşdirilməsi üzrə dərəcə göstəricilərinin yeni formalaşma qaydalarını hazırlamışıq. Bundan əlavə, bank birliyi, ekspert və analitiklər sistemdə faktiki olaraq bağlanılmış əqdlər əsasında hesablanan faiz dərəcələrinə aid informasiyanı banklararası bazarda pul vəsaitlərinin real bazar qiymətini əks etdirən bir istiqamətləndirici kimi istifadə edə bilərlər. Bunların hamısı ona dəlalət edir ki, BEST pul bazarının üstünlüyü təkcə onun etibarlı və yüksək texnoloji daxilolma imkanı və ya əqdlərin avtomatlaşdırılmış rejimdə bağlanılmasında deyil, burada əməliyyatların informasiya cəhətdən şəffaflığı da təmin olunur.
- Bank ictimaiyyəti Sizin Qafqaz Universal Birjasının yaradılması təşəbbüsü dəstəkləyir. Sizcə, bu layihənin tezliklə həyata keçirilməsi mümkündürmü?
– Ötən ilin may ayında Tiflisdə keçirilən «Banklar və maliyyə» II Beynəlxalq Qafqaz Konfransı çərçivəsində Azərbaycan və Gürcüstanın bank birliklərinə bir növ yenilik kimi belə bir birjanın yaradılması təklif olunub. Söhbət vahid regional universal birjanın yaradılmasından gedir. Bizim fikrimizcə, bu cür birjanın mövcud olması maliyyə bazarının peşəkar iştirakçılarına bazarın bütün seqmentlərinə daxil olmaq imkanı yaradacaq, dövlət tənzimləyici orqanlar üçün isə iki ölkənin maliyyə bazarlarının inkişaf etdirilməsi sahəsində gələcəkdə vahid və razılaşdırılmış strategiyanın aparılmasına dəstək olacaq. Bəllidir ki, bir birja çərçivəsində bir neçə bazarın birləşməsi investor, emitent və dövlət tənzimləyici orqanlarının marağına cavab verir.
Hələ ki, biz Tiflis Banklararası Valyuta Birjası (TICEX) ilə birlikdə ticarət sessiyalarının keçirilmə qaydalarının vahid şəkilə salınması imkanlarını nəzərdən keçiririk və inteqrasiya etmiş və ya vahid ticarət-hesablaşma sisteminin interfeysinin yaradılmasının məqsədəuyğunluğunu öyrənməyi planlaşdırırıq. Tiflis Birjası ilə əməkdaşlıq haqqında bağlanmış razılaşmaya əsasən, birgə illik proqram tərtib olunub. Bu proqrama görə, 2008-ci ilin sonuna qədər BBVB və TICEX öz ticarət sistemlərinin inteqrasiyası üzrə təkliflərini irəli sürməlidir. Burada söhbət bir üst mərkəzin yaradılmasından deyil, elə bir inteqrasiya etmiş ticarət sistemindən gedir ki, eyni interfeysdə öz milli bazarlarında aparılan əməliyyatları eyni zamanda dəstəkləyə bilsin, eləcədə bir bazarın operatorları digər bazarda öz əməliyyatlarını keçirə bilsinlər. Bu baxımdan, vahid regional birjanın yaranması modelini maliyyə mərkəzinin yaradılması üçün institusional bir baza kimi qəbul etmək lazımdır. Belə olduğu halda tamamilə aydındır ki, bizim servis xidmətlərimiz ən yüksək dünya standartlarına uyğun olmalıdır.
Lakin regional səviyyədə milli maliyyə mərkəzinin yaradılması asan məsələ deyil. Birincisi, xarici təcrübə öyrənilməlidir. İkincisi, regional maliyyə mərkəzini inkişaf etmiş milli maliyyə bazarı olmadan qurmaq mümkün deyil. İlk növbədə bank, emitent və investorlar üçün cəlbedici daxili maliyyə bazarının yaradılması çox vacibdir. Məhz belə bir bazar əcnəbi investorlar üçün cəlbetmə bir mərkəzə çevrilə bilər. Frankfurt, Nyu-York, London, Honkonq, Sinqapur, İstanbul – bunlar əsl mənada beynəlxalq və regional maliyyə mərkəzləridir. Buna baxmayaraq, sadalanan birja bazarları ilk növbədə milli iştirakçıların imkanlarına arxalanır. Ancaq yaddan çıxarmayaq ki, Azərbaycan bankları, maliyyə qurumları və real sektor ölkədə lazımi şəraitin yaranmasını sonsuz gözləyə bilməz. Artıq geniş alətlər çeşidi təklif edən xarici banklardan kredit alan Azərbaycan şirkətlərinin sayı artır. Aydındır ki, bölgədə vahid birja mərkəzinin yaradılması nəinki Azərbaycanın dünya bazarına daha sıx inteqrasiyasını təmin edəcək, həmçinin ölkənin maliyyə sisteminə yüksək davamlılıq verəcək. Burada isə birja bazarının maliyyə sisteminin bir infrastruktur elementi kimi önəmliliyi bir sıra unikal funksiyaların icra olunmasından asılıdır ki, onların icrası bazarın digər institutları tərəfindən ya mümkün deyil, ya da çox çətindir. İnanıram ki, bu planların həyata keçirilməsi hərrac iştirakçılarına ən yüksək dünya təcrübəsi səviyyəsində xidmət təqdim etməklə yanaşı bizim mövqelərimizi möhkəmləndirəcək və tamhüquqlu regional maliyyə mərkəzinin bünövrəsini qoyacaq.

Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib