Bank Of Baku

Azərbaycanda xarici bank kapitalının kreditləşmədə payı 31%-ə çatıb

Azərbaycanda xarici bank kapitalının kreditləşmədə payı 31%-ə çatıb
# 10 oktyabr 2008 12:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda xarici kapitala malik olan bankların məcmu bank kredit portfelində xüsusi çəkisi 30,7% təşkil edir. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumatına görə, cari ilin sentyabr ayının 1-nə xarici kapitallı bankların ümumi kredit portfeli 1 980,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə, cari ilin əvvəlindən isə 32,7% çoxdur. Ötən ilin sentyabrında xarici kapitallı bankların ümumi kreditlərdə payı 24,8%, 2008-ci ilin əvvəlində isə 31,4% təşkil edib.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 45 bankdan 24-də müxtəlif həcmdə xarici kapital iştirak edir. Yəni, xarici kapitallı banklar ümumi sayda 53% təşkil edir.
Kreditlərin həcmləri üzrə xarici kapitallı bankların say və kreditləşmədə payındakı disbalansa diqqət yetirsək, müəyyən geriləmə müşahidə olunur. Lakin xarici kapitallı bankların kredit portfelinin yalnız özəl banklar üzrə məcmu kredit portfelindəki payı 51%-ə yaxındır.
Eyni zamanda vurğulamaq lazımdır ki, dünya praktikasında xarici banklar yerli banklardan üstün olur və bunun iki əsas səbəbi var. Bu, əcnəbilərin maliyyə imkanlarının daha geniş olması və müasir bank metodologiyalara, o cümlədən daha effektiv korporativ idarəetmə sistemlərinə malik olması ilə bağlıdır. Lakin Azərbaycanda yerli banklar xarici kapitallı banklarla eyni səviyyədə kredit portfelinə malikdir. Bu da ya yerli bankların işin keyfiyyəti baxımından xarici banklara yaxınlaşması və ya xarici kapitallı bankların effektivliyinin aşağı olması deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR