Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının əlavə səhm emissiyasının ödənilməsi iyulda başa çatacaq

Azərbaycan Beynəlxalq Bankının əlavə səhm emissiyasının ödənilməsi iyulda başa çatacaq
# 10 oktyabr 2008 12:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) nizamnamə kapitalının artırılması ilə bağlı 100 mln. manat həcmində elan etdiyi əlavə səhm emissiyasının ödənilməsi prosesini 2009-cu ilin iyul ayında başa çatdıracaq. ABB-dən «APA-Economics»ə verilən məlumata görə, bununla da bankın nizamnamə kapitalı 2 dəfə artaraq 200 mln. manata çatdırılacaq.
Qeyd edək ki, bankın əlavə səhm emissiyası ilə bağlı emissiya prospekti bu yaxınlarda dövlət qeydiyyatından keçib.
Xatırladaq ki, bank nizamnamə kapitalının həcminə görə Azərbaycanda liderdir. Sonrakı yerləri isə «Paşa Bank» (100 mln. manat) və «Bank Standard» (65 mln. manat) tutur.
Qeyd edək ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR