Bank Of Baku

Səlim Müslümov: «Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsinə olduqca həssas yanaşmaq lazımdır»

Səlim Müslümov: «Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsinə olduqca həssas yanaşmaq lazımdır»
# 10 oktyabr 2008 12:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Azərbaycanda maliyyə bazarlarının inkişafı ilə qeyri-dövlət pensiya fondlarının fəaliyyətə başlaması məsələləri uzlaşdırmalıdır». Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
Fondun sədri hesab edir ki, hazırda dünyada baş verən maliyyə böhranı şəraitində Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsinə olduqca həssas yanaşmaq lazımdır. S.Müslümovun sözlərinə görə, qeyri-dövlət pensiya fondları fəaliyyətə başlayarsa, bu qurumlar qeydiyyata saldıqları və onlara sosial sığorta haqqı ödəyən vətəndaşlardan aldıqları vəsaitləri yerləşdirilməlidir. Bunun üçün isə ilk növbədə həmin vəsaitlərin yerləşdiriləcəyi mənbələr müəyyənləşdirilməlidir: «Vəsaitlər elə yerlərə yerləşdirilməlidir ki, likvidlik dərəcəsi aşağı, gəlirlik isə yüksək, ən azından inflyasiya faizindən yüksək olsun. Ancaq bu gün vəsaitləri həmin şəkildə yerləşdirə bilən pensiya fondlarının fəaliyyət göstərməsi mümkündürmü? Ona görə də, hesab edirəm ki, bu, son dərəcə incə məsələdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR