Bank Of Baku

Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti «İlin şirkəti» mükafatına layiq görülüb

Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti «İlin şirkəti» mükafatına layiq görülüb
# 10 oktyabr 2008 12:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSŞ) 2008-ci ildə sığorta sahəsində əldə etdiyi uğurlara görə «Consultıng & Busıness» jurnalı tərəfindən «İlin ən yaxşı sığorta şirkəti» nominasiyasında «İlin şirkəti» milli mükafatına layiq görülüb.
BSŞ-dan «APA-Economics»ə verilən məlumat görə, mükafatın sığorta şirkətinə təqdim edilməsinin əsas səbəbi kimi şirkətin sığorta bazarında sabit mövqe və intensiv inkişaf nümayiş etdirməsi, həmçinin maliyyə şəffaflığı və korporativ idarəetmə sahəsində beynəlxalq standartlara cavab verməsi göstərilir: «Cari ilin birinci yarısının nəticələrinə əsasən, BSŞ toplanmış sığorta haqlarının həcminə görə ilk üçlüyə daxil olub. Xidmətin keyfiyyətinə gəldikdə isə qeyd edək ki, BSŞ Azərbaycanda ilk şirkətdir ki, onun müştəriləri Azərbaycan Beynəlxalq Bankının bankomatları vasitəsi ilə sığorta haqlarını ödəyə bilir».
Həmçinin bildirilir ki, «Baker and Partners» şirkətinin «Hansı sığorta şirkətinə daha çox etibar edirsiniz?» adlı 833 respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə, BSŞ ilk yerə layiq görülüb.
Xatırladaq ki, təsisçisi ABB olan BSŞ 2002-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar-iyun aylarında şirkətin sığorta daxilolmalarının həcmi 9,35 mln. manat, ödənişləri isə 1 mln. manat olub. Şirkətin ümumi sığorta haqlarında xüsusi çəkisi 9,55%, ödənişlərdə isə 4,54% təşkil edib. Hazırda 29 könüllü və 5 icbari sığorta növü üzrə fəaliyyət göstərən BSŞ-nin respublika üzrə 4 filialı mövcuddur ki, bunların da 2-si Bakıda, 2-si isə regionda (Gəncə, Şəki) yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR