Bank Of Baku

«FINCA Azerbaijan» yanvar-sentyabr aylarında kredit portfelini 50% genişləndirib

«FINCA Azerbaijan» yanvar-sentyabr aylarında kredit portfelini 50% genişləndirib
# 10 oktyabr 2008 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi bu ilin oktyabr ayının 1-nə 66,360 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan göstəricidən 50% çoxdur.
Təşkilatın xüsusi layihələr üzrə koordinatoru Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, kreditlərin 33,481 mln. dolları qruplar üzrə, 32,879 mln. dolları isə fərdi qaydada verilib. Z.Nurməmmədovun sözlərinə görə, cari ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə qruplar üzrə kredit portfelinin 46,7%, fərdi kreditlər üzrə isə 53,2% artması müşahidə olunub.
Bu ilin yanvar-iyul aylarında təşkilatın müştərilərinin sayı 14,6% artaraq 85 133 nəfərə çatıb ki, bunun da 64 775 nəfəri qrup müştəriləri, 20 358 nəfəri isə fərdi müştərilərdir.
Xatırladaq ki, «FINCA Azerbaijan» qeyri-bank təşkilatı kreditləri həmrəy kredit qrupu üzrə aylıq 2,5-3%, kənd kredit qrupu üzrə 3,5%, fərdi kredit üzrə isə 2-3%-lə verir.
Təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə qurumun nizamnamə kapitalı 5 min dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR