Bank Of Baku

«A-Group» şirkəti yanvar-sentyabr aylarında sığorta haqlarını 16% artırıb

«A-Group» şirkəti yanvar-sentyabr aylarında sığorta haqlarını 16% artırıb
# 10 oktyabr 2008 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 5,123 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 16% çoxdur.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin sığorta daxilolmalarının əsas hissəsini könüllü tibbi sığorta təşkil edib. Belə ki, hesabat dövründə bu sığorta növü üzrə haqların həcmi 12,9% artaraq 4,169 mln. manata çatıb.
Şirkət ən yaxşı nəticəni isə «Avtomobillərin kompleks sığortası» növü üzrə əldə edib. Bu sığorta növü üzrə haqların həcmi 21% artaraq 686,322 min manat təşkil edib.
Qeyd edək ki, cari ilin 9 ayında şirkətin sığorta ödənişlərinin həcmi 96,3% artaraq 2,839 mln. manata çatıb.
Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manat təşkil edib. Şirkət 14 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR