Bank Of Baku

BVF: Bu il Azərbaycanda inflyasiya 22%-dən çox olacaq

BVF: Bu il Azərbaycanda inflyasiya 22%-dən çox olacaq
# 10 oktyabr 2008 15:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsasən, 2008-ci ildə Azərbaycanda illik inflyasiya 22,4%, 2009-cu ildə isə 20% səviyyəsində gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə BVF tərəfindən hazırlanmış «Dünya iqtisadi icmalı»nda deyilir.
Ümumilikdə, BVF tərəfindən MDB ölkələri üzrə illik inflyasiya 2008-ci il üçün 15,6%, 2009-cu il üçün isə 12,6% həddində proqnozlaşdırılır.
Bu il MDB ölkələri arasında Azərbaycandan daha yüksək inflyasiya Ukraynada (25,3%) və Qırğızıstanda (24,5%) gözlənilir.
Ermənistan üçün bu göstəricini BVF bu il 9,4%, gələn il isə 5% səviyyəsində proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR