Bank Of Baku

«UniLeasing»in regional lizinq portfeli ilin əvvəlindən 2,5 dəfə genişlənib

«UniLeasing»in regional lizinq portfeli ilin əvvəlindən 2,5 dəfə genişlənib
# 13 oktyabr 2008 07:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniLeasing» şirkətinin regionlar üzrə lizinq portfelinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 7,8 mln. ABŞ dolları təşkil edib ki, bu cari ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 2,5 dəfə çoxdur.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin regional nümayəndəlikləri tərəfindən 178 lizinq müqaviləsi bağlanıb ki, bu müqavilələr üzrə dəyəri 11 mln. dollardan çox olan 234 obyekt lizinqə verilib.
Qeyd edək ki, şirkətinin nümayəndəlikləri respublikanın Şimal-Qərb, Cənub-Şərq, Şimal, Şimal-Şərq və Mərkəzi regionlarını əhatə edir. Şirkətin Gəncə, Lənkəran, Şəki, Quba və Saatlıda nümayəndəlikləri mövcuddur.
Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,8 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR