Bank Of Baku

«Rabitəbank» son bir ildə depozit portfelinit 45%, kredit portfelini isə 81% artırıb

«Rabitəbank» son bir ildə depozit portfelinit 45%, kredit portfelini isə 81% artırıb
# 13 oktyabr 2008 08:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 96,571 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın əvvəlinə olan analoji göstəricidən 40,2% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 44,8% genişlənərək 79,342 mln. manata, kredit portfeli isə 81% artaraq 72,504 mln. manata, o cümlədən istehlak kreditləri 66,6% artaraq 23,958 mln. manata çatıb. Bankın məcmu kapitalı 18,6% artaraq 12,361 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,3% artaraq 8 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 12,359 mln. manat, xərcləri isə 2,2 dəfə artaraq 11,096 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 61% artıb və 1,263 mln. manat, xalis mənfəəti isə 54% artaraq 0,884 mln. manat təşkil edib.
Xatırladaq ki, bank bu müddət ərzində əlavə 4 filial açıb, 3 bankomat və 50 POS-terminal quraşdırıb. Həmçinin, bankın işçilərinin sayı son bir ildə 30,5% artaraq 317 nəfərə, orta aylıq əmək haqqı isə 50,6% artaraq 878 manata çatıb.
Qeyd edək ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda respublika üzrə 18 filialı, 15 mübadilə məntəqəsi, 21 bankomatı və 84 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR