Bank Of Baku

«Bank Respublika» ilin əvvəlindən aktivlərini 60% artırıb

«Bank Respublika» ilin əvvəlindən aktivlərini 60% artırıb
# 13 oktyabr 2008 09:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabrın 1-nə 405,1 mln. manat təşkil edib ki, bu da cari ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə 60% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 75,3% artaraq 279,3 mln. manata, depozit portfelinin həcmi 32,2% genişlənərək 147,4 mln. manata, o cümlədən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 33,7% artaraq 70,1 mln. manata çatıb.
Bu dövr ərzində bankın məcmu kapitalı 84,7% artaraq 43,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,6 mln. manat təşkil edib.
Qeyd edək ki, yanvar-sentyabr aylarında bankın gəlirləri 43,6 mln. manat, xərcləri isə 1,3 mln. manat olub. Nəticədə, bankın balans mənfəəti 12,3 mln. manat təşkil edib.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelindən bankın kapitalında «25%+1 səhm» iştirak paketinə sahibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR