Bank Of Baku

«NBCBank» noyabrda Sumqayıtda filial açacaq

«NBCBank» noyabrda Sumqayıtda filial açacaq
# 13 oktyabr 2008 10:42 (UTC +04:00)
Bakı Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin noyabr ayının ortalarınadək Sumqayıt şəhərində filialını istifadəyə vermək niyyətindədir.
Bankın İdarə Heyətinin sədr müavini Yusif Abdullayevin «APA-Economics»ə verdiyi məlumata görə, bankın üç illik strateji planında (2008-2010-cu illər) 4 filialın açılması nəzərdə tutulub: «Bu ilin oktyabr-noyabr aylarında isə yalnız Sumqayıt filialının istifadəyə verilməsi nəzərdə tutulub. Filialın açılması ilə bağlı təsis əsasnaməsi yaxın vaxtlarda Azərbaycan Milli Bankına təqdim olunacaq. Qeyd edək ki, hazırda bankın respublika üzrə 6 filialı fəaliyyət göstərir».
Xatırladaq ki, «NBCBank» SKB 1992-ci ildə «Ruzi Bank» kimi fəaliyyətə başlayıb və 2002-ci ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 34,659 mln. manat, kredit portfeli 26,915 mln. manat, depozit portfeli 6,727 mln. manat, məcmu kapitalı 15,020 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR