Bank Of Baku

Azərbaycanda qeyri-bank təşkilatlarının ümumi kreditləşmədə payı 8 illik minimuma çatıb

Azərbaycanda qeyri-bank təşkilatlarının ümumi kreditləşmədə payı 8 illik minimuma çatıb
# 13 oktyabr 2008 10:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatlarının respublika üzrə məcmu kredit portfelində payı 2,5% təşkil edir.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, 2008-ci ilin sentyabr ayının 1-nə qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin ümumi həcmi 159,8 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44%, bu ilin əvvəlindən isə 24,8% çoxdur.
Eyni zamanda, kredit təşkilatlarının ümumi kreditlərinin həcminin artım tempi il ərzində 80,7%, ilin əvvəlindən isə 35,7% təşkil edib, yəni qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşlarının artım tempi ümumi sistemdəki göstəricidən geri qalır. Nəticədə, qeyri-bank təşkilatlarının payı ötən ilin sentyabrın ayından 0,7 faiz bəndi, ilin əvvəlindən 0,2% azalıb.
Qeyd edək ki, Azərbaycanda bank fəaliyyəti ilə məşğul olan kredit təşkilatlarının ümumi sayında (141) 96-sı qeyri-bank təşkilatıdır. Qeyri-bank təşkilatlarının ümumi kreditləşmədə payı 2001-ci ildən ən minimal həddə çatıb. Belə ki, 2001-ci ildə bu göstərici 18,7%, 2002-ci ildə - 13,3%, 2003-cü ildə - 11,1% təşkil edib və bu azalma tendensiyası davam etməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR