Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 28%-i ötüb

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 28%-i ötüb
# 13 oktyabr 2008 10:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ACİ Budapeşt Fondunun İnstitusional yardım layihəsi çərçivəsində həyata keçirdiyi «Alternativ inflyasiya səviyyəsinin hesablanması» proqramı üzrə Azərbaycanın 11 regionunda 2008-ci ilin sentyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.
İTM-dən «APA-Economics»ə verilən məlumata görə, statistik müşahidənin nəticələri göstərir ki, bu ilin sentyabr ayı ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ - inflyasiya) 0,57%, Bakıda 0,35%, regionda isə 0,78% olub. Əmtəə qrupları üzrə ən yüksək inflyasiya səviyyəsi xidmət sahəsində (1,11%) müşahidə olunub.
Tədqiqat aparılan dövr ərzində qeyri-ərzaq məhsulları üzrə inflyasiya 0,67%, ərzaq məhsulları üzrə 0,32% təşkil edib. Azərbaycanda İQİ bu ilin ilk 9 ayında 17,42%, sentyabr ayının ötən ilin sentyabr ayı ilə müqayisədə isə illik 28,34% olub.
İTM-in digər hesablamalarına görə, 2008-ci ilin sentyabr ayında minimum istehlak səbətinin dəyəri əmək qabiliyyətli əhali üçün 108,52 manat, uşaqlar (0-15 yaşlı) üçün 99,01 manat, pensiyaçılar üçün 80,63 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR