Bank Of Baku

Azərbaycan «Biyan» ASC-nin səhmlərini investisiya müsabiqəsinə çıxarıb

Azərbaycan «Biyan» ASC-nin səhmlərini investisiya müsabiqəsinə çıxarıb
# 13 oktyabr 2008 13:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Biyan» ASC-nin səhmlərinin 85,67%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən maksimum həcmdə investisiya təklif etmiş, onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş, biyanın əkini, tədarükü və satışı üzrə qabaqcıl təcrübəyə malik olan iddiaçıya üstünlük veriləcək.
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən səhmdar cəmiyyətinin əsas fəaliyyət növü biyan bitkisinin əkin plantasiyalarının yaradılması, biyanın tədarükü və satışıdır.
Nizamnamə kapitalı 86 380 manat olan «Biyan» ASC-nin 43 190 ədəd sənədsiz adlı səhmi buraxılıb və bundan 74 004 manat nominal dəyəri olan 37 002 ədədi satışa çıxarılıb. Bir səhmin nominal dəyəri 2 manatdır. Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak haqqı və qeyri-maddi aktivləri yoxdur.
Müəssisənin cəmi öhdəlikləri 26 075 manat, o cümlədən əmək haqqı və ona bərabər borcları 9 764 manatdır. Müəssisənin debitor borcları 34 min manat təşkil edir.
İddiaçılar təqdim edəcəkləri investisiya proqramında seleksiya işlərinin aparılması, mövcud torpaq sahəsində biyanın becərilməsi, müasir aqrotexniki avadanlıq və texnologiyaların tətbiqi, biyanın ilkin emalının təşkili, yerli fermerlərlə əməkdaşlıq və s. kimi məsələlər öz əksini tapmalıdır. İddiaçılar həmçinin 70 min manat məbləğində dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif, DƏİEDK-ə silinmək üçün 7 min özəlləşdirmə çeki, xarici investorlar isə eyni sayda dövlət özəlləşdirmə opsionları təqdim etməlidirlər.
İddiaçıların ərizə və təkliflərinin qəbulu noyabrın 10-da başa çatacaq. Müsabiqə Komissiyası tərəfindən isə təkliflərin qiymətləndirilməsinə noyabrın 14-dən başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR