Bank Of Baku

«Günay Anadolu» sığorta şirkəti yanvar-sentyabr aylarında daxilolmaları 2,4 dəfə artırıb

«Günay Anadolu» sığorta şirkəti yanvar-sentyabr aylarında daxilolmaları 2,4 dəfə artırıb
# 13 oktyabr 2008 15:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Günay Anadolu» Azərbaycan-Türkiyə sığorta şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 2,193 mln. ABŞ dolları təşkil edib ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
«Günay Anadolu» sığorta şirkətindən «APA-Economics»ə verilən məlumat görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 74,6% azalaraq 119,404 min dollar olub.
Toplanan sığorta haqlarının strukturunda ən çox daxilolma «Montaj sığortası» (1,068 mln. dollar), «Yanğın sığortası» (758 min dollar), «Avtonəqliyyat vasitələrinin sığortası» (190 min dollar) və «Həyat sığortası» (89 min dollar) növlərinin payına düşüb.
Sığorta ödənişlərinin strukturunda isə «Avtonəqliyyat vasitələrinin sığortası» (62,895 min dollar), «Həyat sığortası» (26 min dollar) və «Yanğın sığortası» (24 min dollar) növləri liderlik edir.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında şirkət 1 539 sığorta müqaviləsi bağlayıb və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,8% çoxdur.
Xatırladaq ki, «Günay Anadolu» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 806,502 min manat təşkil edib. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR