Bank Of Baku

«Kapital Bank» son bir ildə aktivlərini 93% artırıb

«Kapital Bank» son bir ildə aktivlərini 93% artırıb
# 14 oktyabr 2008 08:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 422,448 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan göstəricidən 92,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 66,7% genişlənərək 227,933 mln. manata, kredit portfeli 2,1 dəfə artaraq 191,721 mln. manata, o cümlədən istehlak kreditləri 3,3 dəfə artaraq 99,573 mln. manata çatıb. Bankın məcmu kapitalı 2 dəfə artaraq 74,158 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 24 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 66,9% artaraq 44 mln. manat, xərcləri isə 89,3% artaraq 20 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 3,7% azalıb və 6,112 mln. manat təşkil edib.
Bank son bir ilə ərzində əlavə 5 mübadilə məntəqəsi açıb, 55 bankomat və 126 POS-terminal quraşdırıb. Hazırda respublika üzrə 90 filialı, 267 bankomatı və 443 POS-terminalı fəaliyyət göstərir.
Bu müddət ərzində bankın işçilərinin sayı 7,7% artaraq oktyabrın 1-nə 2 439 nəfər, orta aylıq əmək haqqı isə 14% artaraq 319 manat olub.
Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir və səhmlərinin 100%-i dövlət mülkiyyətində olub. Özəlləşdirmənin nəticələrinə uyğun olaraq, «Kapitalbank»ın yeni səhmdarları «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR