Bank Of Baku

«AzSığorta» noyabrda ilk İSO sertifikatını alacaq

«AzSığorta» noyabrda ilk İSO sertifikatını alacaq
# 14 oktyabr 2008 09:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti bu ilin noyabr ayında keyfiyyət menecment sistemi üzrə «Moody’s» reytinq agentliyindən İSO:9001-2000 sertifikatını alacaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib.
X.Məmmədxanlının sözlərinə görə, bununla bağlı yaxın bir həftə ərzində şirkətdə audit başlanılacaq: «Auditdən əvvəl ilk növbədə şirkətin şəxsi heyəti və lazımi sənədlərə baxış keçiriləcək. Auditin oktyabr ayının sonunadək başa çatdırılması gözlənilir. Yəqin ki, noyabr ayı ərzində biz İSO sertifikatını əldə edəcəyik», - deyə X.Məmmədxanlı bildirib.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Cari oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda şirkətin respublika üzrə 7 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR