Bank Of Baku

BVF və DB-nin birgə illik toplantısı keçirilib

BVF və DB-nin birgə illik toplantısı keçirilib
# 14 oktyabr 2008 09:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) birgə illik iclası keçirilib. «APA-Economics»in BVF-nin baş ofisindən aldığı məlumata əsasən, iclasda Fondun icraçı direktoru Dominik Strauss-Kan hazırda dünyada yaşanan maliyyə böhranı barədə çıxış edib.
D.Strauss-Kan qeyd edib ki, dünya maliyyə sistemi ötən əsrin 30-cu illərdən ən mühüm böhranla üzləşib və ondan çıxış üçün ölkələrin birgə addım atması vacibdir. Bank sektorundan başqa böhran əksər inkişaf etmiş ölkələrdə əhaliyə də təsir edib, çünki böhranla bağlı fond bazarında azalma investisiya fondları, həmçinin pensiya fondlarının aktivlərinə mənfi təsir göstərib. Belə ki, bu fondların aktivləri əsasən qiymətli kağızlarda olub və bunun nəticəsində aktivlər üzrə itkilər təxminən 2 trln. dollara çatıb.
BVF rəhbəri dünya ölkələrinin maliyyə hakimiyyətlərini böhrana qarşı çevik addım atmağa çağırıb. D.Strauss-Kan qeyd edib ki, hökumətlər artıq öz maliyyə sistemlərinin qorunması üçün aparıcı bankların və maliyyə qurumlarının likvidliyinin saxlanılması üçün bir sıra addımlar atır, o cümlədən, söhbət hökumət tərəfindən aktivlər üzrə zəmanətlərin təqdim edilməsindən gedir. Eyni zamanda o, bu cür addımların hədəflərini də qeyd edib - likvidlik problemi, «pis aktivlər», kapitallaşmanın aşağı düşməsi və etibarlılığın azalması.
BVF rəhbərinin sözlərinə görə, ölkələrin böhrana qarşı addımlarda əməkdaşlıq etməsi də mühüm rol oynayır. Lakin bu addımların həm dünya miqyasında, həm də regional miqyasda razılaşdırılması vacibdir. D.Strauss-Kan BVF-yə üzv olan 185 ölkənin maliyyə rəhbərlərini əməkdaşlığa çağırıb və qeyd edib ki, yalnız çoxtərəfli, beynəlxalq əməkdaşlıq qarşıya qoyulan məqsədlərə nail olmağa imkan yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR