Bank Of Baku

«UniBank» son bir ildə depozit portfelini 3% azaldıb

«UniBank» son bir ildə depozit portfelini 3% azaldıb
# 14 oktyabr 2008 10:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 467,235 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan göstəricidən 46,9% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 3,1% azalaraq 111,902 mln. manata, kredit portfeli 64,8% artaraq 347,932 mln. manata, o cümlədən istehlak kreditləri 96,5% artaraq 188,539 mln. manata çatıb. Bankın məcmu kapitalı 28,7% artaraq 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında «UniBank»ın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə azalaraq 59,809 mln. manat, xərcləri isə 2,1 dəfə artaraq 52 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir ildə 29,7% artaraq 7,810 mln. manat, xalis mənfəəti isə 29,6% artaraq 6,092 mln. manat olub.
Həmçinin, bu dövr ərzində bank əlavə 13 filial və 13 mübadilə məntəqəsi açıb, 15 bankomat və 150 POS-terminal quraşdırıb. Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə bankın işçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4% artaraq 556 nəfər təşkil edib.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR